Mourinyoya sərt cavab verdi: Türkiyə futbolunu bəyənmirsə, gedə bilər
“Qalatasaray”ın kapitanı Fernando Muslera “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.
Aut.az xəbər verir ki, buna səbəb onun Türkiyə futbolu haqqında səsləndirdiyi fikirlər olub:
“Onun Türkiyə futbolunu təhqir etməsindən və bəzi hakimlərə hücum etməsindən narahatam. 14 il ərzində ilk dəfə olaraq özümü bu cür çıxış etməyə məcbur hiss etdim.
14 ildə 17 kubok qazandım. Verdiyim töhfələri nəzərə alsaq, Türkiyə futbolunu inkişaf etdirmək mənim daimi məqsədimdir. 4 ay əvvəl bura gələn Mourinyo Türkiyə futbolunu tənqid edib, bəyənmirsə, gedə bilər. Baxmayaraq ki, heç kim heç nə demir.
Düşünürəm ki, indi kimsə ona nəsə deyə biləcək. Türkiyə futbolunu təbliğinə bir az da diqqət yetirməliyik”.
Qeyd edək ki, “Fənərbağça” Türkiyə çempionatının 11-ci turu çərçivəsində səfərdə “Trabzonspor”a qalib gəlib (3:2). Mourinyonun komandası hər iki qolu penaltidən buraxıb. Bundan sonra portuqaliyalı mütəxəssis hakimliyi tənqid edib və buna görə diskvalifikasiya olunub. O, “hakimliyin səviyyəsinin belə olduğunu bilsəydim, bura gəlməzdim” deyib.
