Peres əfsanəyə əvəzləyici tapdı: Avropa çempionudur
“Real Madrid” “Real Sociedad”ın ispaniyalı yarımmüdafiəçisi Martin Subimendi ilə ciddi maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes.net” məlumat yayıb.
Mənbənin məlumatına görə, “kral klubu”nun prezidenti Florentino Peres 25 yaşlı futbolçunu 2024-cü ilin yayında futbolçu karyerasını başa vuran əfsanəvi alman yarımmüdafiəçisi Toni Kroosu əvəzləyəcək şəxs kimi görür.
2024/25 mövsümündə Martin Subimendi klub səviyyəsində 14 oyun keçirib, 1 qol və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı 2024-cü il Avropa çempionunun dəyərini 50 milyon avro qiymətləndirir.
Aut.az
