“Əl-Nəsr”dən qovulan məşqçi braziliyalıları şoka saldı: Bu qədər maaş tələb edib
Braziliyanın “Korintians” klubu son vaxtlara qədər Səudiyyə Ərəbistanında “Əl-Nəsr”də çalışmış Luis Kastro ilə danışıqlar aparır.
Aut.az xəbər verir ki, 63 yaşlı portuqaliyalının Braziliyada da təcrübəsi var. O, 2022-2023-cü illərdə “Botafoqo”nu uğurla çalışdırıb.
Sonuncu fakt “Korintians”ın diqqətini çəkib, lakin Kastro maaş tələbləri ilə klub bosslarını şoka salıb. Portuqaliyalı “Korintians”da müqaviləsi 2024-cü il mövsümünün sonunda ləğv ediləcək hazırkı məşqçisi, argentinalı Ramon Diasdan iki dəfə çox qazanmaq istəyir.
Dias “Korintians”da ayda təxminən 160 min avro alır, Kastro isə 320 min maaş tələb edib.
Klub rəhbərliyi portuqaliyalının maaş tələblərini azaldacağına ümid edir
Xatırladaq ki, Luis Kastro 2019-2021-ci illərdə Ukrayna “Şaxtyor”unu çalışdırıb.
Aut.az
