“Qalatasaray” şokda: İkardi umun mövsüm bitdi
“Qalatasaray”ın hücumçusu Mauro İkardiyə sağ dizin ön çarpaz bağının meniskinin yırtığı diaqnozu qoyulub.
Aut.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“MRT müayinəsi zamanı futbolçumuz Mauro İkardiyə sağ dizin ön çarpaz bağının meniskinin cırılması və zədələnməsi diaqnozu qoyulub. Əməliyyat olunacaq futbolçumuzun əməliyyat öncəsi reabilitasiyasına başlanılıb”, – deyə komandanın açıqlamasında bildirilir.
Böyük ehtimalla, futbolçu ciddi zədə səbəbindən 2024/2025 mövsümünü erkən bitirəcək.
Xatırladaq ki, futbolçu “Tottenhem”lə matçda zədələnib. Argentinalı rəqib qapıçı Freyzer Forsterlə toqquşub, bundan sonra o, qazona yıxılıb və matçı davam etdirə bilməyib.
Aut.az
