Sampaoli Liqa 1-ə qayıdır?
Argentinalı məşqçi Xorxe Sampaoli Fransa çempionatına qayıda bilər.
Aut.az xəbər verir ki, L’Équipe-nin məlumatına görə, “Renn” Sampoli ilə maraqlanır.
“Marsel”in keçmiş baş məşqçisi 2023-cü ildə “Flamenqo”dan qovulduqdan sonra işsizdi. Keçən qışda Sampaolinin “Lion”un başına keçə biləcəyi ilə bağlı xəbərlər yayılsa da, sonda bu baş vermədi.
“Renn”in baş məşqçi postu hələ ki, boş deyil, lakin Julien Stefanın gələcəyi qeyri-müəyyəndir.
Son turda “Oser”ə 0:4 hesabı ilə uduzan komandanın qarşısına avrokuboklara vəsiqə tələbi qoyulmasına baxmayaraq, düşmə zonasından cəmi iki xal öndədir.
Aut.az
