İngiltərə

“Yunayted”in futbolçuları tələb edir: O qalsın

“Mançester Yunayted”in müvəqqəti baş məşqçisi Ruud van Nistelroy futbolçular tərəfindən geniş dəstək alır.

Aut.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, futbolçular Ruben Amorim baş məşqçi postuna gəldikdən sonra da mütəxəssisin komandada qalmasını istəyirlər. Onlar niderlandlının portuqaliyalının məşqçilər korpusuna daxil olmasını istəyirlər.

Van Nistelroy da ünsiyyət tərzinə görə klub rəhbərliyi tərəfindən hörmətlə qarşılanır. Amorimin məşqçilər korpusunun tərkibi ilə bağlı konkret qərarlar verilməyib, lakin yeni baş məşqçi uzun müddət həmkarları Karlos Fernandes və Adelio Kandido, həmçinin təcrübəli Emanuel Ferronun da olduğu “Sportinq”dən 5 köməkçi gətirmək istəyir.

Belə getsə, Rud üçün məşqçilər korpusunda yer tapmaq çətin olacaq. O, əvvəllər komandaya istənilən vəzifədə kömək etməyə hazır olduğunu bildirmişdi.

Xatırladaq ki, noyabrın 1-də “Mançester Yunayted” Amorimin təyinatını rəsmən elan edib. Portuqaliyalı vəzifəsinin icrasına noyabrın 11-dən başlayacaq.

Aut.az