Digər

Azərbaycanlı badmintonçu İndoneziyada bürünc medal qazanıb

Azərbaycanın yeniyetmə badmintonçusu Əli Gözəlov İndoneziyada təşkil olunan beynəlxalq turnirdə bürünc medal qazanıb.

Aut.az xəbər verir ki, O, “BLC Open” turnirində oğlanların qoşa yarışında üçüncü olub.

Yeniyetmə badmintonçu şəxsi yarışda isə 1/4 finala kimi irəliləyib.

Əli Gözəlov təhsilini İndoneziyada davam etdirir və buradakı təlim-məşq toplanışlarına qatılır.