Çəkisi 708 kilo olan qapıçı – FOTOFAKT
Donetsk “Şaxtyor”unun gənclərdən ibarət komandasının qapıçısı Rostislav Baqlayın çəkisi 708 kiloqramdır.
Aut.az xəbərə verir ki, ən azı bu məlumat Ukrayna Premyer Liqasının rəsmi saytında göstərilib.
Aydındır ki, saytın əməkdaşları kobud səhvə yol veriblər. Onların bu səhvi isə diqqəti cəlb edib və sosial şəbəkələrdə yayılıb.
19 yaşadək futbolçuların hazırkı Ukrayna çempionatında Rostislav Baqlay 8 mümkün oyundan 5-ni keçirib, 5 qol buraxıb. 3 görüşdə qapıçı qapısını toxunulmaz saxlayıb.

Aut.az
