Braziliyada o qazandı: 17-ci yerdən başlamışdı
“Red Bull” komandasının pilotu Maks Ferstappen Braziliya Qran Prisinin qalibi olub.
Aut.az xəbər verir ki, hazırkı dünya çempionu San-Pauluda 17-ci yerdən başlayaraq qalib gəlib. Niderlandlı üçün bu, İspaniya Qran Prisini qazandığı iyundan bəri ilk qələbədir.
İkinci və üçüncü yerləri müvafiq olaraq “Alpin” pilotları Esteban Okon və Pyer Qasli tutublar.
Formula 1. Braziliya Qran Prisi. Yarış
- Maks Ferstappen (Red Bull) – 69 dövrə
- Esteban Okon (Alpin) +19,477
- Pyer Qasli (Alpin) +22,532
- Corc Rassel (Mercedes) +23.265
- Çarlz Lekler (Ferrari) +30,177
- Lando Norris (McLaren) +31,372
- Yuki Tsunoda (RB) +42,056
- Oskar Piastri (McLaren) +44,943
- Liam Lavson (RB) +50.452
- Lyuis Hemilton (Mercedes) +50,753
Aut.az
