Ərəblər Madridə gəldilər: “Real”ın ulduzu ilə danışıqlar başladı
Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri “Real”ın 24 yaşlı vingeri Vinisius Junior ilə danışıqlar aparmaq üçün Madridə gəliblər.
Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.
Mənbənin məlumatına görə, səudiyyəlilər braziliyalı futbolçunun “Əl-Hilal”a keçməsini istəyir. Onlar Vinisiusa iddialı idman layihəsi təqdim etmək istəyirlər. Artıq hücumçuya dünyada heç bir futbolçunun almadığı illik maaşla dörd mövsümlük müqavilə təklif edildiyi vurğulanır.
Vinisius Səudiyyə Ərəbistanına köçməyə açıqdır, lakin bunu 2026-cı ilə qədər planlaşdırmır.
Aut.az
