“Azəryol” Qazaxıstan təmsilçisinə qalib gəldi
Azərbaycanın kişi həndbolçularından ibarət “Azəryol” komandası Bakıda təlim-məşq toplanışı keçirən Qazaxıstanın “Turan” kollektivi ilə qarşılaşıb.
Aut.az xəbər verir ki, yoxlama oyunu təmsilçimizin 34:28 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, təlim-məşq toplanışına 25 hənbdolçu ilə qatılan “Turan” komandası Bakıda daha bir neçə yoxlama matçı keçirməyi planlaşdırır.
“AHF Arena” İdman Kompleksində təşkil olunan hazırlıq prosesinə noyabrın 6-da yekun vurulacaq.
