Dünya futbolu

Niyə Vinisiusa yox, Rodriyə səs verdim? – Polyak jurnalistin mövqeyi

Polşalı jurnalist Maçey İvanski “Qızıl top”un səsverməsi haqda danışıb.

Aut.az xəbər verir ki, “Real”ın hücumçusu Vinisiusa yox, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə səs verən jurnalist qərarını belə əsaslandırıb:

“Anlamalısınız ki, biz ən yaxşı hücumameyilli oyunçunu yox, qalib gəlməyə layiq olanı seçirik. Mənim üçün hər şey sadə idi. Mən başa düşdüm ki, ya Vinisius, ya da Rodri qalib gələcək. Hər kəs üç meyar əsasında seçim edir. Birincisi – fərdi nailiyyətlər, ikincisi – komanda nailiyyətləri, üçüncüsü – keyfiyyət və ədalətli oyundur.

Detallar qərar verdi, mən Rodrini birinci yazdım. O, Avro-2024-ün ən yaxşı oyunçusu olub və Avropa çempionatının qalibidir. Vinisiusun beynəlxalq səviyyədə zəfəri çatmırdı”, – TVP SPORT İvanskidən sitat gətirib.

Xatırladaq ki, Rodri “Qızıl top”u qazanıb, Vinisius ikinci yeri tutub.

Aut.az