Türkiyə

Mourinyoya “Fənərbağça”nın məşqində təpik vurdular – VİDEO

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo komandasının məşqi zamanı futbolçulardan birinin ona çırpılması nəticəsində zədələnib.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qazona yıxılıb. Daha sonra futbolçular və tibb işçiləri axsayan məşqçini meydandan çıxarıblar.

“Gənc məşqçilər üçün dərs: heç vaxt oyunçularla eyni rəngdə geyinməyin. Onlar sizə ötürmə verə bilərlər və ya sizi arxadan yıxarlar”, – Mourinyo sosial şəbəkə hesabında bu hadisəni şərh edib.

Aut.az