Onun beysbol topu fantastik qiymətə satıldı
Dünyaca məşhur yapon beysbolçusu Şohey Otaninin mövsüm ərzində 50-ci ev yarışını qazandığı və dünya rekorduna imza atdığı topu rekord qiymətə – 4,39 milyon dollara satılıb.
Aut.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” jurnalı məlumat yayıb.
Dövri nəşrə görə, 4,39 milyon dollar idman hərracları üçün rekord məbləğ hesab olunur. İndiyə qədər başqa heç bir idman növündə yaddaqalan hadisəni əks etdirən əşyalar belə qiymətə satılmayıb.
Aut.az
