Avropa futbolunda böhran: Rekord azalma
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) son hesabatı Avropa futbolunda narahatlıq doğuran məqamı ortaya çıxarıb.
Aut.az xəbər verir ki, CIES klubların düşərgəsindəki yetirmələrinin sayının 15,9% -ə düşdüyünü açıqlayıb. Bu, futbol tarixinin ən bərbad göstəricisidir. Halbuki 2009-cu ildəki araşdırmada bu rəqəm 22,9%-dən yuxarı idi.
Bu göstəricilər onu deməyə əsas verir ki, klublar gənc istedadları inkişaf etdirməkdənsə, getdikcə daha çox kənar transferlərə arxalanırlar.
Yetirməsi olan oyunçular dedikdə, 15-21 yaş arası, klubda ən azı üç il keçirmiş futbolçular nəzərdə tutulur.
Klub sayındakı ümumi azalma bir çox Avropa klublarının ənənələrini sual altına qoysa da, “La Masia”, “Sportinq”, “Benfika” və “Ayaks” kimi akademiyalar digər komandalar üçün nümunə olaraq qalır. Hətta bəzi klublar akademiyalarının yetişdirdiyi futbolçuların satışından 100 milyonlarla avro qazanır.
Aut.az
