İspaniya

Vinisius “Qızıl top”un nəticəsinə belə reaksiya verdi: Lazım gəlsə…

“Real”ın hücumçusu Vinisius Junior “Qızıl top”un nəticələrinə münasibət bildirib.

Aut.az xəbər verir ki, Madrid klubunun braziliyalı futbolçusu bununla bağlı qısa şəkildə paylaşım edib: “Lazım gəlsə, bunu daha 10 dəfə edəcəm. Onlar buna hazır deyillər”.

Qeyd edək ki, fəxri mükafatın qalibi “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri olub. “İlk 3-lüy”ə həmçinin “Real”ın iki futbolçusu – Vinisius və Cud Bellinqem daxil olub.

Aut.az