Riberi “Qızıl top”un nəticəsini belə ələ saldı – FOTO
Fransa yığmasının sabiq futbolçusu Frank Riberi “Qızıl top” mükafatının nəticələrinə münasibət bildirib.
Mükafatı “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri alıb. Eyni zamanda, bir çox ekspertlər və media “Real Madrid”dən Vinisius Junioru mükafat uğrunda mübarizədə favorit hesab edirdi.
Riberi sosial mediada “Ballon d’Or” mükafatının adını yazıb və üç gülüş emojisi əlavə edib.
Vaxtilə Riberi də mübahisəli vəziyyətdə “Qızıl top”u almamışdı. 2013-cü ildə mükafat Kri.tiano Ronaldoya verildi, Lionel Messi ikinci yeri tutdu. Çoxlarının ən layiqli namizəd hesab etdiyi Riberi isə səsvermədə yalnız üçüncü olmuşdu.

Aut.az
