Digər

19 yaşlı istedad faciəli şəkildə öldü

İtaliyadan olan 19 yaşlı xizəkçi Matilda Lorensi yıxıldıqdan sonra aldığı xəsarətlər nəticəsində oktyabrın 29-da dünyasını dəyişib.

Aut.az xəbər verir ki, Beynəlxalq Xizək Federasiyasının (FIS) məlumatına görə, faciəvi insident bazar ertəsi, oktyabrın 28-də Val Senales xizək kurortunda məşq zamanı baş verib.

“Qəzadan dərhal sonra qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Bütün gecə həkimlər idmançının həyatı üçün mübarizə apardılar, lakin bu səhər Lorensi vəfat etdi”, – məlumatda deyilir.

Lorensi dünyanın ən istedadlı gənc xizəkçilərindən biri hesab olunurdu. Ötən mövsüm o, İtaliya kubokunun qalibi olub.

Aut.az