Voleybol

“Neftçi” qələbə ilə başladı

Voleybol üzrə ölkə kubokunda kişi voleybolçular mübarizəyə başlayıblar.

Aut.az xəbər verir ki, bu gün iki oyun baş tutub.

A qrupunda yer alan “Gənclər” və “Neftçi” komandaları GİN-in Voleybol Mərkəzində üz-üzə gəliblər. Bu oyun “Neftçi”nin quru hesablı qələbəsi ilə yekunlaşıb.

FHN-in İdman zalında keçirilən qarşılaşma isə “Xilasedici” və “Murov Az Terminal” klubları arasında olub. “Xilasedici” hər 3 setdə rəqibindən güclü olub.

Növbəti qarşılaşmalar oktyabrın 29-da baş tutacaq. Həmin gün A qrupunda mübarizə aparan “Gənclər” klubu Sumqayıtda “Azərrey”lə, B qrupunda yer alan “Xilasedici” isə GİN-nin Voleybol Mərkəzində MOİK-lə üz-üzə gələcək.