Çempionlar Liqası

“Real” tarixi naliyyətini təkrarladı

“Real” Çempionlar Liqasının Əsas mərhələsi çərçivəsində evdə “Borussiya Dortmund”a qalib gəlib – 5:2.

Aut.az xəbər verir ki, madridlilər matç ərzində 0:2 hesabı ilə geri düşsələr də, yekunda 3 topluq üstünlüklə qalib gələ biliblər. Bununla, İspaniya klubu Çempionlar Liqasında öz nailiyyətini təkrarlayıb.

“Los Blankos” 2022/23 mövsümündə “Liverpul”la matçda möhtəşəm geridönüş edib. “Real” həmin görüşdə də 2 top fərqi ilə geri düşsə də, sonda 5:2 hesabı ilə qalib gəlməyib bacarıb.

Qeyd edək ki, Çempionlar Liqasının 3 turundan sonra hər iki komanda 6 xal toplayıb.

Aut.az