Dünya futbolu

Messi Ronaldonu ötdü

“İnter Mayami” ötən gün MLS-də “Nyu İnqland”ı 6:2 hesabı ilə məğlub edib.

Aut.az xəbər verirk i, argentinalı hücumçu Lionel Messi bu matçda het-trik edib. Leonun hazırda karyerasında 849 qolu var. Onun əzəli rəqibi, Səudiyyə Ərəbistanının “Əl-Nəsr “klubunda çıxış edən Kriştiano Ronaldo 907 qol vurub ki, bu da rəsmi mövcud statistikaya görə futbol tarixinin ən yaxşı göstəricisidir.

Lakin Messi penaltilər istisna olmaqla vurduğu qolların sayına görə Krişi ötüb: 740-739. Messinin penaltilərdən 109, Ronaldonun isə 168 qolu var. Messi qollarının 12,9%-ni penaltidən, Ronaldo isə 18,5%-ni vurub. Orta hesabla Lionel hər 120 dəqiqədən bir, portuqaliyalı forvard isə hər 137 dəqiqdən bir penaltisiz qol vurur.

Aut.az