1,1 milyon insan onlayn növbəyə durub: Bu oyuna bilet istəyirlər – FOTO
“Real”ın rəsmi saytında 1,1 milyona yaxın insan onlayn növbəyə durub.
Aut.az xəbər verir ki, bütün istifadəçilər oktyabrın 26-da baş tutacaq “El Klasiko”ya bilet almaq istəyir.
Xatırladaq ki, “Real” – “Barselona” oyunu “Santyaqo Bernabeu” stadionunda keçiriləcək.
Arena cəmi 81 min tamaşaçı tutur. Oyun oktyabrın 26-da keçiriləcək.
Qeyd edək ki, bu, “Real Madrid”in hücumçusu Kilian Mbappenin iştirak edəcəyi ilk “El Klasiko” olacaq.

Aut.az
