Dünya futbolu

Onun transferinə görə “Barsa” nə qədər xərcə düşüb? – Prezident açıqladı

“Barselona”nın prezidenti Xuan Laporta Kataloniya klubunun ötən yay “Leypsiq”dən yarımmüdafiəçi Daniel Olmonu hansı qiymətə aldıqlarını açıqlayıb.

Aut.az xəbər verir ki, o, bununla bağlı “Mundo Deportivo”ya danışıb:

“Əvvəllər investisiyalarla bağlı problemlərimiz var idi. İndi bu məsələ ilə idman direktorumuz məşğul olur. Bizim yayda transferlərimiz Olmo və Pau Viktor oldu. Ən yüksək transfer danışığımız 50 milyon avro məbləğində idi. Bununla belə, Olmo bizə 47 milyon avroya başa gəldi”.

Mətbuatda “Barsa”nın İspaniya millisi ilə Avropa çempionu olan futbolçu üçün 55 milyon avro ödədiyi barədə məlumat yayılmışdı.

Aut.az