Azərbaycan futbolu

Samir Abasov rəsmən “Neftçi”də

“Neftçi” baş məşqçi Samir Abasovla anlaşdığını açıqlayıb.

Aut.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ı bundan sonra “Sumqayıt”dan ayrılan Abasov çalışdıracaq.

Abasov bu postda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib.