Dünya futbolu

Millinin sabiq üzvü ögey bacısına təcavüz edib? – ŞOK İDDİA

Meksika millisinin keçmiş oyunçusu və Morelos əyalətinin keçmiş qubernatoru Kuautemok Blanko ögey bacısını zorlamağa cəhddə ittiham olunur.

Aut.az xəbər verir ki, bu barədə “El Financiero” məlumat yayıb.

Mənbənin qeyd edir ki, qız bir neçə həftə əvvəl 51 yaşlı meksikalıya qarşı şikayət edib. Zərərçəkmişin sözlərinə görə, Blanko onu administrasiyasındakı vəzifəsindən uzaqlaşdırmaqla hədələyərək rəsmi iqamətgahında cinsi əlaqəyə girməyə məcbur edib.

Həmçinin, keçmiş futbolçuya qarşı vəsaitin xərclənməsinin mənbəyi və məqsədinin gizlədilməsi ehtimalı ilə əlaqədar Morelosun korrupsiyaya qarşı mübarizə prokurorluğuna şikayət edilib.

Qeyd edək ki, Blanko 2016-cı ildə karyerasını başa vurub. O, beynəlxalq FIFA mükafatlarını qazanan yeganə meksikalı futbolçudur. Klub səviyyəsində “Amerika”, “Puebla”, “Real Valyadolid” və “Çikaqo Fayr” kimi komandalarda oynayıb.

Aut.az