Dünya futbolu

Nüfuzlu futbol simulyatorunun buraxılış tarixi dəyişdirildi

“Football Manager 2025” oyununun buraxılış tarixi dəyişib.

Aut.az xəbər veirr ki, tərtibatçıları simulyatorun buraxılışının daha sonrakı tarixə təxirə salmaq qərarına gəliblər. Oyunun ilk olaraq noyabrda buraxılması planlaşdırılırdı, lakin indi simulyatorun 2025-ci ilin martında çıxacağı məlum olub.

Tərtibatçıların qeyd etdiyi kimi, FM25-də bir sıra böyük texniki və vizual dəyişikliklər edilib. Bununla əlaqədar olaraq, yüksək standartlara və azarkeşlərin gözləntilərinə cavab vermək üçün simulyatorun mümkün olan ən yaxşı keyfiyyətini təmin etmək istəyirlər.

Aut.az