Fransa millisinində yeni kapitan
Millətlər Liqasında İsraillə qarşıdakı oyun üçün Fransa milli komandasının kapitanının adı məlum olub.
Aut.az xəbər verir ki, zədəli Kilian Mbappenin yoxluğunda “Real”ın digər futbolçusu Orelyen Çuameni komandanı növbəti oyuna çıxaracaq.
Bundan əvvəl vitse-kapitan milli karyerasını başa vurduğunu açıqlayan Antuan Qrizmann idi.
İsrail – Fransa Millətlər Liqası oyunu oktyabrın 10-da Budapeştdə keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Aut.az
