Bu klub tarixinin rekord gəlirini əldə etdi
Bəzi klublar artan borclar və itkilər üzrə yeni rekordlar müəyyən edərkən, “Latsio” tarixində ən yaxşı maliyyə ilini yaşayıb.
Aut.az xəbər verir ki, Roma təmsilçisi 38 milyon avrodan çox gəlir əldə edərək tarixində ilkə imza atıb.
“Latsio” futbolçularını satmaq, xərclərini azaltmaq və İtaliya Superkubokunda iştirakdan sonra 38,5 milyon avro gəlir əldə edib.
Bu, 2017/18 mövsümündə qeydə alınmış 37 milyon avroluq rekordun yenilənməsi deməkdir.
“Calcio e Finanza” qeyd edir ki, bu, Serie A klubu tərəfindən indiyə qədər qeydə alınan ən böyük qazanclardan biridir və onları bütün zamanların siyahısında 6-cı yerə yüksəkdir.
“Latsio” “Yuventus” (2016/17-də 42,6 milyon), “Fiorentina” (2021/22-də 46,8 milyon) və “Atalanta” (2020-ci ildə 51,7 milyon) kimi klublardan geridə qalıb. “Napoli” İtaliya futbol tarixində iki ən böyük gəlirə sahibdir: Neapol klubu 2016/17 mövsümündə 66,6 milyon avro və 2022/23 mövsümündə liqanı qazandıqdan sonra 79,7 milyon avro gəlir əldə edib.
Aut.az
