Hemilton çağırış etdi: Afrikanı görməməzliyə vura bilməzsiniz
“Mercedes” pilotu Lyuis Hemilton əmindir ki, Formula 1 Afrika qitəsinə qayıtmaq üçün hər şeyi etməlidir.
Aut.az xəbər verir ki, Afrikada 1993-cü ildən bəri F1 yarışı keçirilməyib.
“Hər qitədə yeni yarışlar əlavə edib, Afrikaya məhəl qoymaya bilməzsiniz. Afrikaya heç kim heç nə vermir. Çoxları orada nə qədər gözəl olduğunu dərk etmir və Formula 1 Qran Prisinin orada keçirilməsi gözəlliyi tamamlayacaq.
Onlar deyirlər ki, orada F1 treki yoxdur. Orada mütləq bir trek var (Cənubi Afrikada – təqribən), biz bu istiqamətdə işləməliyik”, – Hemilton bildirib.
Əvvəllər Formula 1-in rəhbəri Stefano Domenikali yarışın Afrikaya qayıtması ideyasının masada qaldığını təsdiqləmişdi.
Aut.az
