MLS-in nüfuzu artıb: Rekord qırıldı
MLS Futbol Liqası 2024-cü il mövsümünün izləyici sayına görə rekord qırıb.
Aut.az xəbər verir ki, Liqanın mətbuat xidmətindən verilən məlumata görə, bu il oyunları artıq 11 milyondan çox tamaşaçı izləyib. Əvvəlki rekord 2023-cü ildə qeydə alınıb və 10,9 milyon nəfər təşkil edib.
MLS-də 2024-cü il mövsümünün bitməsinə hələ 16 matç qalıb.
2024-cü ildə MLS oyunlarında orta azarkeş sayı 23 min nəfərdən çox olub.
Liqada ən çox azarkeş “Atlanta” (orta hesabla 49 mindən çox) və “Şarlotta”nın (35 mindən çox) oyunlarında olub. Ən aşağı göstərici “Kolorado” (15 min) və “Hyuston Dinamo”ya (16 min) məxsusdur.
Aut.az
