Lalə “Ən Güclülər”in finalında olmayacaq: Səbəb bəllidir
Rusiya çempionu, yeniyetmələr arasında üçqat dünya çempionu Lalə Kramarenko zədə səbəbindən Moskvada keçiriləcək “Ən Güclülər” kubokunun finalında iştirak edə bilməyəcək.
Aut.az xəbər verir ki, bu barədə bədii gimnastika üzrə Rusiya yığmasının baş məşqçisi İrina Viner bildirib.
Yayda Kramarenko ayağından əməliyyat olunub.
“Kramarenko hazırda əməliyyatdan sonra sağalır. O, “Ən Güclülər” Kubokunda yarışmayacaq. Əgər biz Olimpiya Oyunlarından danışmırıqsa, mən xəstələrlə işləmirəm. Hər şeydən əvvəl sağlamlıq”, – Viner deyib.
Aut.az
