Ronaldonun Corcinası yenə də pərəstişkarlarını dəli etdi – FOTO
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes yenə də pərəstişkarlarını həyəcanlandırıb.
Aut.az xəbər verir ki, Corcina idman zalından fotolar paylaşıb. Xatırladaq ki, Corcina və Kriştiano hələ də rəsmi nikahda deyillər. Onlar uzun müddətdir birlikdə yaşayırlar və beş uşaq böyüdürlər.
Bu mövsüm 39 yaşlı Kriştianu Ronaldo bütün turnirlərdə səkkiz matçda iştirak edib, yeddi qol vurub və üç məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

