Şahmat

Şuşada qalib gələn şahmatçı: Daha bunu etməyəcəm

Rusiyalı qrossmeyster Yan Nepomnyaşi müsahibə verib.

Aut.az xəbər verir ki, o, ötən həftə Şuşada keçirilən Vüqar Həşimovun Memorialındakı qələbəni şərh edib.

– Azərbaycanda yadda qalan bir neçə oyunu qeyd edə bilərsiniz?

– Turnir sürətli nəzarətlə keçiriləndə bu suala cavab vermək həmişə çətindir. Belə hallarda, xüsusən də blitsdə mövqenin qiymətləndirilməsi ilə nəticə arasında böyük fərq var. Bəli, bəzi fərdi oyunlar olduqca yaxşı oldu. Məsələn, Vlad Artemyevlə rapiddə və ya Aydın Süleymanlı ilə son oyunda. Son turda birinci yeri təmin etmək üçün qalib gəlməli idim.

– Uzun müddətdir ki, böyük turnirlərin qalibi olmurdunuz. Xüsusi hisslər yaşadınızmı?

– Yox, düzünü desəm, bu barədə heç düşünmürəm.

– Həşimov Memorialını qazanmaqla yanaşı, eyni vaxtda “Julius Baer” kubokunda onlayn oynamısınız. Eyni vaxtda bir neçə turnirdə iştirak etmək çətin olmadı ki?

– Artıq eyni vaxtda iki turnirdə iştirak təcrübəm var idi. Keçən il Amsterdamda Levitov Şahmat Həftəsində və “Chess.com” saytında onlayn turnirdə oynadım. İndi də belə oldu. Maraqlı təcrübədir, amma mən daha iki turnirdə eyni vaxtda iştirak etməyəcəyəm. Bütün günü fasiləsiz oynamaq həddindən artıq gərginlikdir.

Aut.az