Azərbaycan futbolu

Azərbaycan yığması ilk oyununda uduzdu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.

Aut.az xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 90+5-ci dəqiqədə penaltidən Əli Bəşirov vurub.

U-15 turnir çərçivəsində oktyabrın 1-də, Bakı vaxtı ilə saat 16:00-da Rusiya yığması ilə, oktyabrın 4-də isə saat 17:00-da Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.