Dünya futbolu

Millimizin üzvü oynadı?

Cənubi Koreya çempionatında 32-ci turun matçları keçirilib.

Aut.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” növbəti görüşünə çıxıb.

Krivotsyukun komandası “Ulsan”la üz-üzə gəlib və 0:1 uduzub.

Meydana start heyətində buraxılan Anton sona qədər oynayıb.

“Daejeon” 35 xalla 9-cu pillədədir.