Televiziya kamerasına zərbəyə görə cəzası bu oldu
Argentina millisinin 32 yaşlı qapıçısı Emiliano Martines televiziya kamerasına dəydiyi üçün FİFA tərəfindən iki oyunluq cəzalandırılıb.
Aut.az xəbər verir ki, 2024-cü il sentyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Kolumbiya – Argentina (2:1) matçı başa çatdıqdan sonra Martines onu görüntüləməməsi üçün kamera operatorunun əlinə zərbə endirib.
Artıq Argentina Futbol Federasiyasına xəbərdarlıq edilib ki, Martines 9-cu turun Venesuela ilə səfər matçını və Boliviya ilə 10-cu turun ev oyununu buraxmalıdır.
Aut.az
