Andre Bolla “Lənkəran” da
“Lənkəran” klubu heyətini ABŞ-dan olan daha bir basketbolçu ilə gücləndirib.
Aut.az xəbər verir ki, klub Andre Bolla ilə anlaşıb. 24 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb. O, daha əvvəl ölkəsində “Cal State Dominguez Hills” və “Pepperdine University”nin şərəfini qoruyub.
Bu “Lənkəran”nın sayca 6-cı amerikalı basketbolçusu olub. Komanda buna qədər Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Gregorey Milton və Ceremi Berraytı heyətinə qatıb.
