Rus milyarderlərin Helsinkidəki arenası qarət edildi
“Helsinki Hall” idman və konsert arenasının qarət edilməsi ilə bağlı istintaqa rəhbərlik edən müstəntiq Ville Niskanen binadan oğurlanan əşyalar barədə danışıb.
Aut.az xəbər verir ki, bu barədə “Helsingin Sanomat” məlumat yayıb.
“Bizim oğurlanmış əmlakla bağlı hesabatlarımız var. Oğrular arenada bir çox yerlərə baş çəkiblər, lakin bizdə baş verənlərlə bağlı hələ dəqiq təsəvvür yoxdur”, – Niskanen deyib.
Mənbə bildirib ki, oğrular bəzi mebel, spirtli içki və qiymətli oyun formaları oğurlayıblar. Daha əvvəl məlumat yayılmışdı ki, ödəniş edilmədiyi üçün arenadakı təhlükəsizlik sisteminin bir hissəsi sıradan çıxıb və bu, oğruların binaya daxil olmasına kömək edə bilərdi.
“Helsinki Hall” rus iş adamları Roman Rotenberq və Gennadi Timçenkoya məxsusdur. Onların hər ikisi Aİ-nin sanksiyaları altındadır.
Aut.az
