Azərbaycan futbolu

“Araz Naxçıvan”nın ikinci qolundan sonra Tovuzda ara qarışdı – VİDEO

Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Araz Naxçıvan” oyununda növbəti xoşagəlməz hadisə yaşanıb.

Aut.az xəbər verir ki, 55-ci dəqiqədə Naxçıvan təmsilçisinin futbolçusu Felipe Santos komandasını görüşdə ikinci dəfə hesabda önə keçirib -2:1.

Braziliyalı futbolçunun qol sevincini yerli azarkeşlərin önündə çılğın şəkildə qeyd etməsi aranı qarışdırıb. Tovuzlu fanatlar onun qol sevincindən qəzəblənərək meydana yad əşyalar atmağa başlayıblar.

Azarkeşlərin sakitləşməsi bir neçə dəqiqə çəkib. Hətta “Araz-Naxçıvan”ın müdafiəçisi Urfan Abbasov üzrxahlıq etməyə çalışıb.

“Araz Naxçıvan”nın ikinci qolundan sonra Tovuzda ara qarışdı – VİDEO “Araz Naxçıvan”nın ikinci qolundan sonra Tovuzda ara qarışdı – VİDEO “Araz Naxçıvan”nın ikinci qolundan sonra Tovuzda ara qarışdı – VİDEO