52 yaşı var, hələ də qol vurur – VİDEO
“Kladno” klubunda çıxış edən çexiyalı əfsanəvi hücumçu Yaromir Yaqr ölkə çempionatının yeni mövsümündə ilk qolunu vurub.
Aut.az xəbər verir ki, 52 yaşlı Yaqr “Sparta” ilə görüşün ikinci hissəsində fərqlənib. Yaromirin qolundan sonra hesab 3:1 “Kladno”nun xeyrinə olub.
Bu mövsüm Olimpiya çempionu, ikiqat dünya çempionu və ikiqat Stenli kubokunun qalibinin peşəkar karyerasında sonuncu olacaq.
