Roman Qriqorçukun köməkçisi bu klubla anlaşdı
“Neftçi”nin baş məşqçisi Roman Qriqorçukun “Çernomorets”, “Qəbələ”, Qazaxıstanın “Astana” və Belarusun “Şaxtyor” klubunda uzunmüddətli köməkçisi olmuş Stepan Matveyevin işsiz günləri bitib.
Aut.az xəbər verir ki, Odessa klubu ilə müqaviləsi başa çatdıqdan sonra o, ikinci liqa təmsilçisi “Skala 1911″də çalışmağa başlayıb. Burada baş məşqçi postunda Mixail Basarabi əvəzləyib.
56 yaşlı mütəxəssis peşəkar karyerasında yeni dönüşü Sport.ua-ya şərh edib:
“Mənə “Skala 1911”dən zəng gəldi və bu komandanın sükanı arxasına keçməyi təklif etdilər. Artıq “Skala 1911” ilə ilk məşqə çıxdım. Qarşımda yaxın gələcəkdə yüksək hədəflərə çatmaq üçün mübarizə apara biləcək komanda yaratmaq vəzifəsi durur”.
Aut.az
