Kriptovalyuta qalmaqalına görə üzr istədi: Menecerini qovdu
UFC döyüşçüsü Hamzat Çhimayev son kriptovalyuta qalmaqalına görə pərəstişkarlarından üzr istəyib.
Aut.az xəbər verir ki, daha əvvəl Çimayev fırıldaqçılıq sxeminin bir hissəsinə çevrilən öz tokenini reklam etmişdi.
“Mənə media marağı kifayət qədər var. Hamı elə bilir ki, mən səs-küyü sevirəm. Amma mən ancaq müharibə başlayanda səs-küylü adam oluram. Həyatda istirahət etməyi xoşlayıram – ova gedim, itlə gəzintiyə çıxım.
Təəssüf ki, menecerim çoxlu səhvlərə yol verdi. Onunla yollarımızı ayırdıq. Kriptovalyuta ilə bağlı bəzi problemlər var idi. Ona güvəndim və mənə görə kimsə incidi. Bunun üçün mən də üzr istəyirəm. Menecerim günahkardır və o cavab verməlidir. Mən artıq onunla işləmirəm”, – Çimayev Adam Zubairayevin YouTube kanalına müsahibəsində deyib.
Aut.az
