Kateqoriyasız

52 yaşlı oyunçudan qol ötürməsi

Olimpiya çempionu, Çexiya millisi ilə hokkey üzrə dünya çempionatının ikiqat  qalibi, ikiqat Stenli kubokunun qalibi, 52 yaşlı Yaromir Yaqr karyerasının 37-ci mövsümündə ilk oyununa çıxıb.

Aut.az xəbər verir ki, “Kladno” klubunun sahibi olan hücumçu Ekstraliqa matçında qol ötürməsi edib. Yaqrın komandası ilk dövrə görüşündə “Pardubitse”yə 1:5 hesabı ilə uduzub.

“Kladno”nun növbəti oyunu sentyabrın 20-də evdə “Sparta” ilə olacaq.

Yaromir Yaqr NHL-dən qayıtdıqdan sonra “Kladno” ilə doqquzuncu mövsümünü keçirir. Həmin vaxtdan əfsanə komandası ilə 209 oyun keçirib və 119 xal toplayıb (46+73).

Aut.az