İngiltərə

Ronaldo sırğasını kolluğa atıb: Onların arasındakı münaqişənin səbəbi

Portuqaliyalı hücumçu Kriştianu Ronaldo ilə “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq arasında münaqişə futbolçunun sırğası üstündə düşübmüş.

Aut.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, komandanın məşqlərinin birində niderlandlı əfsanəvi futbolçudan zinət əşyalarını çıxarmasını istəyib, lakin rədd cavabı alıb.

Maraqlıdır ki, Ronaldo sonradan sırğasını çıxarıb, hətta kolluğa atıb, lakin bu, ten Haq köməkçisindən problemi həll etməyi xahiş etdikdən sonra baş verib.

Nəticədə, Kriştiano Ronaldo onun rəhbərliyi altında cəmi altı ay oynadı, bundan sonra “Mançester Yunayted”dən ayrılaraq hələ də oynadığı “Əl-Nəsr”ə getdi.

Aut.az