İkiqat Olimpiya çempionu öldü
İkiqat Olimpiya çempionu, amerikalı yüngül atlet Otis Devisin vəfat edib.
Aut.az xəbər verir ki, o, 92 yaşında dünyasını dəyişib. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (Dünya Atletika) məlumat yayıb.
Devis 1960-cı ildə Romada keçirilən Olimpiadada qızıl medallar qazanıb. Əvvəlcə idmançı 400 m məsafəyə qaçışda 44,9 saniyəlik dünya rekordu ilə qalib gəlib. Daha sonra 4×400 m estafetdə yarışın qalibi olub.
Amerika komandası da məsafəni 3 dəqiqə 2,2 saniyəyə qət edərək dünya rekordu vurmağı bacarıb.
Aut.az
