Türkiyə

Türkiyə klubu Xorvatiyadan ukraynalı futbolçu aldı

Türkiyənin “Antalyaspor” klubu ukraynalı yarımmüdafiəçi Aleksandr Petruşenkonu transfer edib.

Aut.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilənin bağlandığı bildirilir.

2024-cü ilin iyulunda İspaniya mətbuatı, “Jirona”nın Petruşenko ilə müqavilə imzalamağa yaxın olduğunu iddia etmişdi. Aleksandr sonradan bu məlumatı təkzib etdi.

Petrusenko Kiyev “Dinamo”sunun məzunudur, “Qornyak-Sport” və “Minaj” klublarında peşəkar səviyyədə çıxış edib və 2022-ci ildən Xorvatiyanın “İstra 1961” klubunun rənglərini qoruyub.

Bu mövsüm Petrusenko Xorvatiya çempionatında 5 oyun keçirib və 1 qol vurub.

“Antalyaspor” Türkiyə Superliqasında 4 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Aut.az