İngiltərə

İPL-in köklü klubundan antirekord: Tarixdə ilk dəfə belə vəziyyətə düşdülər

“Everton” tarixində ilk dəfə Premyer Liqada keçirdiyi ilk 4 matçda məğlub olub.

Aut.az xəbər verir ki, bu barədə “Squawka” məlumat yayıb.

2024/25 mövsümünün startından “şirniyyatçılar” “Brayton” (0:3), “Tottenhem” (0:4), “Bornmut” (2:3) və “Aston Villa”ya (2:3) məğlub olublar. Eyni zamanda, son 2 oyunda Liverpul komandası 2:0 hesabı ilə öndə olub. Ancaq üstünlüyü əldən verib.

Xalsız olan “Everton” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Sauthempton” da xal qazana bilməyib, lakin “müqəddəslər” top fərqinə görə “mavilər”i qabaqlayırlar.

Aut.az