“Əl-Hilal”Neymarın adını heyətə daxil etmədi: Niyə?
“Əl-Hilal”ın hücumçusu Neymar ilin sonuna kimi Səudiyyə Ərəbistanı çempionatında oynaya bilməyəcək.
Aut.az xəbər verir ki, bu barədə “Marca” rəsmi mənbələrə istinadən məlumat yayıb..
Klub braziliyalı hücumçunu cari mövsüm üçün heyətə daxil etməyib. Liqa üçün növbəti qeydiyyat dövrü 2025-ci ilin yanvarında başlayacaq.
Neymar 2023-cü ilin oktyabr ayının sonundan bəri ACL və menisküsün yırtılması səbəbindən matçlarda iştirak etmir. Son məlumata görə, onun meydana qayıtması noyabrda gözlənilir.
Ancaq “Əl-Hilal” Neymarı Səudiyyə klubunun Asiya Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edib.
Aut.az
