Kateqoriyasız

Haaland “Siti”nin oyununun buraxa bilər: Onun ölümünə görə

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə çempionatında “Brentford”la növbəti matçını buraxa bilər,

Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilir ki, “Siti”nin məşqçilər korpusu 24 yaşlı norveçliyə Haalandın ailə dostu İvar Eqqyanın ölümü ilə əlaqədar qısamüddətli məzuniyyətə çıxmağa icazə verəcək.

Bu adam Erlinqin atası Alf-İnqe Haalandın dostu olub. Futbolçu onu həmişə İvarı əmi adlandırıb və özünün ən yaxşı sirdaşı hesab edib. 

Qeyd edək ki, “Siti” – “Brentford” matçı Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Aut.az