Bu milli komanda Belarusla oyundan imtina etdi
Estoniya millisi çimərlik futbolu üzrə Avroliqanın 1/4 finalında Belarus millisi ilə oynamaqdan imtina edib.
Aut.az xəbər verir ki, bu barədə Estoniya Futbol İttifaqının (EFU) mətbuat xidməti məlumat yayıb. Görüş bu gün baş tutmalı idi.
Meydana çıxmaqdan imtina etdiyi üçün estonlara texniki məğlubiyyət verilib və Belarus bununla da yarımfinala çıxıb.
Aut.az
